Paşinyanın partiyası bir neçə şəhərdə yerli seçkiləri uduzdu - DETALLAR

Paşinyanın partiyası bir neçə şəhərdə yerli seçkiləri uduzdu - DETALLAR

Hazırda oxunan: Paşinyanın partiyası bir neçə şəhərdə yerli seçkiləri uduzdu - DETALLAR

0:00
0:00
42081

Ermənistanın baş naziri Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası ölkənin bir neçə şəhərində yerli seçkilərdə məğlub olub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Radio Sputnik” agentliyi yayıb.

Mənbə yazır ki, Ermənistanın ikinci böyük şəhəri Gümrüdə indiki hökumət başçısının tərəfdarları 29,56 faiz səslə “Balasanyan” blokuna (36,59% ) məğlub olublar.
 

Zəngəzur mahalının Meğri icmasında ilkin məlumatlara görə, Respublika partiyası 42,8% səslə qalib gəlib. “Vətəndaş Müqaviləsi” isə 32,8% səs toplaya bilib.


Gorus şəhərinin meri postunu həbsdə olan müxalifətçi Aruş Aruşanyan tuta bilər.

Doqquz icmada keçirilən seçkilərdən sonra seçici fəallığı 55.410 və ya 33.23% olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO