İranda Britaniya vətəndaşına daha bir il həbs cəzası verildi - FOTO

İranda Britaniya vətəndaşına daha bir il həbs cəzası verildi - FOTO

Hazırda oxunan: İranda Britaniya vətəndaşına daha bir il həbs cəzası verildi - FOTO

41948

İranda həbsdə olan Britaniya vətəndaşı olan qadına daha bir il həbs cəzası verilib və ölkədən çıxışına qadağa qoyulub.

Bizim.Media “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, bu haqda informasiyanı İran əsilli Britaniya vətəndaşı Nazənin Zağerinin vəkili Höccət Kermani yayıb.

Müvəkkilinin ilkin məhkəmə qərarı Tehran Apellyasiya Məhkəməsi tərəfindən eynilə qüvvədə saxlanılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İranda 2 jurnalist həbs edildi - Şagirdlərə qarşı cinsi zorakılıq QALMAQALI - FOTO


Xatırladaq ki, İranın o vaxtkı şahı Pəhləvinin İngiltərədən silah və hərbi texnika alınması üçün Britaniyaya ödədiyi 1.5 milyard dollarlıq müqavilə İslam İnqilabının hakimiyyətə gəlişindən sonra dondurulub.

Hazırda rəsmi Tehran həmin məbləğin geri qaytarılmasını tələb edir.

Nazənin Zağeri də bu çəkişmənin qurbanına çevrilərək  uzun müddətdir Tehran zindanında saxlanılır.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO