Erməni dissident Georgi Vanyan koronavirusdan vəfat etdi

Erməni dissident Georgi Vanyan koronavirusdan vəfat etdi

Hazırda oxunan: Erməni dissident Georgi Vanyan koronavirusdan vəfat etdi

41740

Bizim.Media xəbər verir ki, G.Vanyan koronavirus səbəbilə Tiflisdə xəstəxanaların birində həyatını itirib.

Xatırladaq ki, Georg Vanyan Qarabağ konfliktində dəfələrlə haqqın tərəfdarı olduğu qeyd edərək, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. O, ermənilərdən fərqli olaraq, saxta tarixi dəlillərlə deyil, əsl sübutlarla Cənubi Qafqazda yaşayan iki xalqın doğru mövqeyini ortaya qoyurdu. Bu cür fikirlərinə görə, erməni ictimaiyyətində disident hesab olunurdu və Ermənistan hakimiyyəti tərəfindən davamlı təqiblərə məruz qalırdı.

Qeyd edək ki, Vanyan Bizim.Media-nın suallarını da tez-tez cavablandırırdı. 
 

MÖVZU İLƏ BAĞLI:

“Eks prezidentlərin hakimiyyətə qayıtması Ermənistan üçün təhqirdir” – Georgi Vanyandan ÖZƏL MÜSAHİBƏ


Son dəfə bir neçə gün əvvəl Bizim.Media-ya açıqlamasında xəstə olduğunu, suallarımızı cavablandıra bilməyəcəyi barədə təssüf etdiyini bildirimişdi. Lakin o, tezliklə sağalıb müsahibə verəcəyinə də söz vermişdi. 

Geor Vanyan 1963 -cü ildə Azərbaycan SSR-də Qaraçinar (Goranboy rayonu) kəndində anadan olub. 1991 -ci ildə İrəvan Dövlət Teatr və Kino İnstitutunu bitirib. Uzun illər Ağdərə rayonunun Talış kəndində yaşayıb.

O, 1994 -cü ilə qədər teatr və kino aktyoru olub. “AR - Yerevan Tatron" teatrının qurucusu və bədii rəhbəri kimi fəaliyyət göstərib. 

1989-cu ildən 2004 -cü ilə qədər - kimsəsiz, qaçqın və sağlamlıq imkanları məhdud uşaqların adaptasiya problemləri ilə məşğul olub. 2002 -ci ildə "Qafqaz Sülh Təşəbbüsləri Mərkəzi"ni qurub, ermənilərin və azərbaycanlıların görüşlərini təşkil edib. 

Georgi Vanyan kimi insanların itkisi bir millətin deyil, bütün bəşəriyyətin itirdiyi dəyərlərdəndir. Bu işıqlı adamın xatirəsi minlərlə insanın uzun illər qəlbində yaşayacaq. 

Allah rəhmət eləsin!

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO