Rusiya sülhməramlılarının Qarabağda olması perspektivi qeyri-müəyyəndir.
Bizim.Media “news.am”a istinadən xəbər verir ki, bunu "Ermənistan" fraksiyasının parlamentdəki rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan oktyabrın 13-də "Hadrut bir il sonra: problemlər və çağırışlar" mövzusunda çıxış edərkən deyib.
“Hazırda hadisələrin və super güclərin maraqlarının mərkəzindəyik. Biz həmişə belə olmuşuq, amma fərq ondadır ki, bu gün Türkiyə-Azərbaycan tandemi Ermənistana və “Artsax”a (Qarabağda qondarma rejimi nəzərdə tutur) təzyiq edir, böyük planları həyata keçirmək üçün təsir dairəsini genişləndirməyə çalışır.
MÖVZU İLƏ BAĞLI:
Paşinyanın adamına “butulka”nı Seyran Ohanyan atıb - VİDEO
Göyçə mahalında, xüsusilə Zəngəzurda qarşılaşdığımız problemlər Ermənistan üçün ciddi nəticələr verə bilər. Xarici və daxili təhdidlər qapımızı döyür. Bu şəraitdə təhlükəsizlik sisteminin gücləndirilməsi istiqamətində aktiv işlər görülməlidir”, deyə o, qeyd edib.
Ohanyan vurğulayıb ki, müharibədən təxminən bir il keçib, lakin Ermənistanın dövlət qurumları bütün vəziyyəti qiymətləndirməyiblər:
"Bu il ciddi işlər görmək mümkün idi, amma dövlət və hərbi idarəetmə ilə əlaqədar bir çox çatışmazlıqlar göz qabağındadır”.
Bizim.Media