Paşinyanın adamına “butulka”nı Seyran Ohanyan atıb - VİDEO

Hazırda oxunan: Paşinyanın adamına “butulka”nı Seyran Ohanyan atıb - VİDEO

34144

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Ermənistan parlamentində vəziyyət hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Ayk Sarkisyanın çıxışı zamanı yenidən kəskin şəkildə pisləşib. Sarkisyan vətəndaşları pulla və ya bir telefon zəngi ilə ordudan azad edən müdafiə nazirlərinin xəyanətkar olması faktından danışıb. Bu sözlər müxalifətçi deputatları qəzəbləndirib və onlar Sarkisyana tərəf butulka atıblar. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “news.am” saytı yayıb və video paylaşıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Qarabağla bağlı səhvini açıqladı


Videodan görsənir ki, butulkanı zalda oturan "Ermənistan" müxalifət fraksiyasının rəhbəri, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan atıb.

Sarkisyan isə bundan qəzəblənib və şüşəni geri atıb. Sonra bir neçə deputat da yerindən qalxaraq şüşə və digər əşyalar atmağa başlayıb. Nəticədə qarışıqlıq yaranıb.

Parlamentin sədri Alen Simonyan vəziyyəti sabitləşdirmək üçün təhlükəsizlik işçilərini zala çağırmaq məcburiyyətində qalıb. Bundan sonra Simonyan günortaya qədər fasilə elan edib və konfrans salonundan canlı yayım kəsilib.

Bir neçə dəqiqə sonra parlamentin kənarında jurnalistlər Seyran Ohanyandan vəziyyəti şərh etmələrini istəyiblər. Ohanyan suallara belə cavab verib:

"Səlahiyyətlilər bu toqquşmanı öz performansları ilə təhrik etdilər. Bundan artığını deyə bilmərəm".

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO