Saakaşvilinin vəziyyəti pisləşdi - Ayaqları iflic oldu

Saakaşvilinin vəziyyəti pisləşdi - Ayaqları iflic oldu

Hazırda oxunan: Saakaşvilinin vəziyyəti pisləşdi - Ayaqları iflic oldu

0:00
0:00
41279

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin vəziyyəti pisləşib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı onun vəkili Beka Basilaya yayıb.

“Saakaşvilinin aclıq aksiyası çətin mərhələyə qədəm qoyur. Eks-prezidentin ayaqları iflic olduğu üçün hərəkət edə bilmir”. Basilaya bunu oktyabrın 12-də səhər Rustavi həbsxanasını ziyarət etdikdən sonra jurnalistlərə bildirib.

O, qeyd edib ki, aclığa və sağlamlığının pisləşməsinə baxmayaraq, Saakaşvilinin "ruhu güclüdür və seçkilərin ikinci turuna qədər aclıq aksiyasını davam etdirmək əzmindədir".

Xatırladaq ki, Vahid Milli Hərəkat (VMH) partiyasının qurucusu Mixeil Saakaşvili yerli seçkilər ərəfəsində Gürcüstana qayıdıb. 

Oktyabrın 1-də o, Tiflisdə saxlanılıb. Etiraz olaraq keçmiş prezident 12 gündür aclıq aksiyası keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO