Ruhani İranın nüvə layihəsinə qarşı çıxdı

Ruhani İranın nüvə layihəsinə qarşı çıxdı

Hazırda oxunan: Ruhani İranın nüvə layihəsinə qarşı çıxdı

4101

İran Prezidenti Həsən Ruhani parlamentin nüvə fəaliyyətlərini sürətləndirmək barədə təqdim etdiyi qanun layihəsinə qarşı çıxıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə Nazirlər Kabinetinin iclasında bildirib.

Ruhani Nüvə Silahının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində 2016-cı ildən bəri könüllü olaraq həyata keçirilən əlavə protokoldan ayrılmanı və uranı ən az 20 faiz zənginləşdirməyi nəzərdə tutan layihəni tənqid edib.

“Parlamentin qəbul etdiyi qanunu diplomatik fəaliyyət prosesi üçün zərərli hesab edirik. Hökumət bu qanunu müsbət görmür”,- deyə Ruhani qeyd edib.

Prezident daha sonra son 10 ildə ABŞ və digər “düşmən”lərin bütün qüvvələrini İranı ələ keçirtmək üçün tətbiq etdiklərini və sanksiyaları iqtisadi müharibəyə çevirdiklərini söyləyib.

İranın Birinci vitse-prezidenti İshak Cihangiri də dünən Məclisin təqdim etdiyi layihəyə qarşı çıxıb: “Hökumət belə nüvə məsələlərinə qarışmır. Məclisin bu məsələyə müdaxilə etməsi uyğun deyil. Parlament icra işlərinə qarışmamalıdır”.

Prezident Aparatının rəhbəri Mahmud Vaiz də əksəriyyəti mühafizəkar olan Parlamentdə təqdim edilən qanun layihəsinin hökuməti narahat etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO