Tramp 4 ildən sonra prezident seçkilərinə qatılmaq istəyir

Tramp 4 ildən sonra prezident seçkilərinə qatılmaq istəyir

Hazırda oxunan: Tramp 4 ildən sonra prezident seçkilərinə qatılmaq istəyir

4055

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp 4 ildən sonra yenidən prezident seçkilərinə qatılmaq istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə “Poliitico” nəşri yazıb.

Tramp tərəfdarlarına builki seçkilərin yekunlarına əsasən vəzifədə qalmayacağı təqdirdə, 2024-cü il seçkilərində namizədliyini verəcəyinə eyham vurub:

"Çox gözəl bir dörd il oldu. Daha dörd il qalmağa çalışırıq. Olmasa, dörd ildən sonra görüşəcəyik".

Bundan əvvəl, Trampın 2024-cü ildə yenidən prezident vəsifəsinə namizədliyini irəli sürmək niyyəti medianın da gündəmində olub.

“New York Times” qəzeti 2020-ci ildə rəqibi Co Baydenin qələbəsi təsdiqlənən kimi Trampın 2024-cü il seçkilərinə namizədliyini elan edə biləcəyini yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO