MDB ölkələrinin hərbi rabitə rəisləri İRƏVANDA

MDB ölkələrinin hərbi rabitə rəisləri İRƏVANDA

Hazırda oxunan: MDB ölkələrinin hərbi rabitə rəisləri İRƏVANDA

40466

Bu gün İrəvanda MDB ölkələri Silahlı Qüvvələrinin Rabitə Rəisləri Komitəsinin iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə hərbi əməkdaşlıq məsələləri müzakirə olunub, konkret razılaşmalar əldə edilib və bir sıra sənədlər imzalanıb.
 

MÖVZU İLƏ BAĞLI:

MDB dövlət başçıları Minskdə bir araya gələcək


Görüşdə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan silahlı qüvvələrinin nümayəndələrinin iştirak etdiyi qeyd olunur.

Məlum olduğu kimi Azərbaycan tərəfi bu görüşdə təmsil olunmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO