Sahil Babayev BMT-nın Azərbaycana yeni təyin olunan rezident əlaqələndiricisi ilə görüşdü - FOTO

Sahil Babayev BMT-nın Azərbaycana yeni təyin olunan rezident əlaqələndiricisi ilə görüşdü - FOTO

Hazırda oxunan: Sahil Babayev BMT-nın Azərbaycana yeni təyin olunan rezident əlaqələndiricisi ilə görüşdü - FOTO

40128

"Ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə, əlillik və reabilitasiya sahələrində aparılan islahatlarda BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlığa xüsusi önəm verilir.

Son illərdə mühüm istiqamətlərdə yeni müştərək layihələr əsasında fəal və səmərəli əməkdaşlıq təcrübəsi formalaşıb."

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT-nin Azərbaycanda yeni təyin olunan rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşündə vurğulayıb. V.Andreyevanı yeni təyinatı münasibətilə təbrik edən nazir ona fəaliyyətində uğurlar arzulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sahil Babayev: "Əlilliyi olan 4600 şəxsə reabilitasiya xidmətləri göstərilib"


S.Babayev Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, dövlət sosial xidmətləri sahəsində uğurlu innovativ yenilik olan DOST konsepsiyası barədə məlumat verib.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının Azərbaycan üçün xüsusi əhəmiyyətini vurğulayan nazir bu məqsədlərin həyata keçirilməsi sahəsində ölkəmizin müsbət təcrübəsini qeyd edib.

O, BMT-nin İnkişaf Proqramı ilə birgə icra olunan “Azərbaycanda innovasiya və məşğulluğun inkişafı”, “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihələrini diqqətə çatdırıb.
 

BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu ilə müştərək həyata keçirilən, əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması üzrə layihənin əhəmiyyətini vurğulayıb.


BMT-nin Əhali Fondu ilə “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin, əhali proqnozlarının hazırlanması işlərinin faydalı olduğunu deyib.

Uşaqlara qayğı və övladlığagötürmə sisteminin inkişafı sahəsində UNİCEF-lə mühüm istiqamətləri əhatə edən əməkdaşlıq gündəliyindən bəhs edən S.Babayev ümumilikdə BMT qurumları ilə əlaqələrin ildən-ilə genişləndiyini bildirib.
 

V.Andreyeva ölkəmizdə sosial sahədə aparılan islahatlarda, sosial cəhətdən həssas qruplara dəstək işlərində BMT qurumları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığın daim inkişaf etməkdə olmasının məmnunluq doğurduğunu vurğulayıb.


Görüş gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi ilə davam edib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO