Paşinyandan İlham Əliyevlə bağlı daha bir AÇIQLAMA

Paşinyandan İlham Əliyevlə bağlı daha bir AÇIQLAMA

Hazırda oxunan: Paşinyandan İlham Əliyevlə bağlı daha bir AÇIQLAMA

40104

Azərbaycan Prezidenti ilə mümkün görüşün tarixi və yeri ilə bağlı heç bir məhdudiyyət yoxdur.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Litvanın baş naziri İnqrida Şimonite ilə görüşdən sonra birgə mətbuat konfransında bildirib. 

“Hesab edirəm ki, tarix və məkanla bağlı heç bir məhdudiyyət yoxdur, çünki ATƏT-in Minsk Qrupunun həmsədrlərinin belə görüşlər təşkil etmək təcrübəsi var. Görüşün bəlkə də yeganə məntiqi üçüncü ölkənin ərazisində keçirilməsidir”, deyə Paşinyan qeyd edib.

O, əlavə edib ki, əsirlərin, girovların və digər məhbusların geri qaytarılması müsbət fon yaradacaq:

“Nəticədə sərhədlərin demarkasiyası və delimitasiyası, regional kommunikasiyalar və Qarabağ münaqişəsinin hərtərəfli və siyasi həlli ətrafında aparılan danışıqlar daha səmərəli olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO