Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə arasındakı münasibətlərin düzələcəyi təqdirdə bir sıra nəqliyyat yolları açılacaq. Ermənistanın Avropaya çıxışına əla imkanlar yaranacaq, ona görə də ölkədə dəmir yollarının təcili bərpasına ehtiyac var.
Bizim.Media Sputnik Aremenia-ya istinadən məlumat verir ki, bu barədə Trans Logistik Caucasus nəqliyyat şirkətinin rəhbəri Yegişe Hovanisyan bildirib.
Şirkət rəhbəri düşünür ki, xüsusilə Axuryan-Qars dəmir yolunun açılması Ermənistana Mərsin kimi önəmli Aralıq dənizi limanlarına çıxmaq imkanı təmin edəcək. Bu limanlar vasitəsilə Ermənistan Avropaya mal daşınması işini daha asan həyata keçirə biləcək.
Hovanisyan yeni açılacaq dəmir yollarının yüksək potensialına da diqqət çəkib. Ermənistan bu yeni nəqliyyat imkanları vasitəsilə Naxçıvan üzərindən İrana və Azərbaycan üzərindən Rusiyaya alternativ yollar əldə etmiş olacaq.
Onun sözlərinə görə, gələn həftə yeni İqtisadiyyat naziri Vaan Kerobyan biznesmenlərlə və mütəxəssislərlə bölgədəki kommunikasiyaların blokdan çıxarılması mövzusunda müzakirə aparacaq. Hazırda Ermənistanın əsas fəaliyyəti ölkədə yaranmış hərcmərçiliyi aradan qaldırmaq və ölkənin zəifləmiş iqtisadiyyatını inkişaf etdirməkdir.
Azərbaycan və Türkiyə ilə nəqliyyat və iqtisadi əalqələrin yenidən qurulması Ermənistanı bir dövlət kimi ayağa qaldıracaq.
Yegişe Hovanisyanın açıqlaması öz növbəsində Ermənistandakı bəzi qüvvələrin mövcud vəziyyətə daha sağlam münasibət bəslədiklərindən xəbər verir. Ermənistandakı bir sıra iqtisadi ekspertlərin düşüncəsi də bu yöndədir ki, Zəngəzur dəhlizindən keçməsi planlaşdırılan Azərbaycan-Naxcıvan-Türkiyə dəmir yolu layihəsi bütün regionun inkişafına ciddi töhvə verəcək.
Bizim.Media
- A-
- A
- A+
Region
17:05 / 01.12.2020
Yeqişe Hovanisyan: “Azərbaycan və Türkiyə üzərindən Avropaya çıxış əldə edə bilərik”
Hazırda oxunan: Yeqişe Hovanisyan: “Azərbaycan və Türkiyə üzərindən Avropaya çıxış əldə edə bilərik”
Hazırda oxunan: Yeqişe Hovanisyan: “Azərbaycan və Türkiyə üzərindən Avropaya çıxış əldə edə bilərik”
4009
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.