Kreml yeni Laçın dəhlizi ilə bağlı açıqlama vermək istəmədi

Kreml yeni Laçın dəhlizi ilə bağlı açıqlama vermək istəmədi

Hazırda oxunan: Kreml yeni Laçın dəhlizi ilə bağlı açıqlama vermək istəmədi

3998

Kreml Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağdakı yeni dəhlizlə bağlı açıqlamasına münasibət bildirməkdən imtina etdi.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Azərbaycan və Rusiya prezidentləri arasındakı dialoqda bölgədəki nəqliyyat kommunikasiyasının müzakirə edildiyini bildirib.

Kreml təmsilçisi Azərbaycan prezidentinin dəhlizlər  barədə dediyi sözləri  şərh etməkdən boyun qaçırıb:

"Xüsusi olaraq bu mövzunu şərhsiz buraxıram”- deyə o qeyd edib.

Rusiya mediası isə Peskov  bu cür  yanaşmasını belə qiymətləndirib:

Kreml sözçüsü məsləni şərhsiz buraxmaqla “İlham Əliyevin dəhlizlər məsələsini Putinlə müzakirə etməsinə” işarə vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO