Öz müqəddəratını təyin etmək də daxil olmaqla Qarabağ ermənilərinin hüquqlarının qorunması İrəvanın prioritetlərindən biridir.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bazar günü Litvanın erməni icması ilə görüşündə bildirib.
"Bilməliyik ki, çox ehtiyatla “mina tarlası "ndan keçirik. Bu sahə hər zaman “minalanıb". Başqa bir şey “minaların konsentrasiyası”nın artmasıdır və biz bunu keçən payızda gördük”.
MÖVZU İLƏ BAĞLI:
“Ermənistan ən çətin problemlərlə üzləşir” – Paşinyanın ETİRAFI
Paşinyanın mətbuat katibi Mane Gevorgyan baş nazirinin sözlərindən sitat gətirib.
Paşinyan qeyd edib ki, Qarabağ münaqişəsi zonasında gedən hərbi əməliyyatlar erməni tərəfi üçün çətin və hətta fəlakətli idi:
“Bununla belə, Ermənistan müstəsna dözümlülük nümayiş etdirir. Bu, çox vacibdir”.
Baş nazir hesab edir ki, ölkənin üzləşdiyi problemləri həll etmək üçün çalışmaq lazımdır: “Bu vəziyyətdə kulminasiya nöqtəsi "dinc inkişaf dövrünün açılmasıdır”.
Bizim.Media