Türkiyədə avtobus aşdı - ölən və yaralananlar var - VİDEO

Türkiyədə avtobus aşdı - ölən və yaralananlar var - VİDEO

Hazırda oxunan: Türkiyədə avtobus aşdı - ölən və yaralananlar var - VİDEO

39916

Türkiyənin Bartın vilayətində bir sərnişin avtobusunun aşması nəticəsində iki nəfər həlak olub, 17 nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Türkiyə mətbuatı yayıb.

Mənbə yazır ki, həlak olanlardan biri Bartın Bələdiyyəsinin sədrinin müavini Ahmet Kömeçdir. Yaralananlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Qəza Bartın-Ankara magistral yolunda baş verib. Hadisə yerinə çox sayda xilasedici, təcili tibbi yardım əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO