"Azərbaycanın yeganə dostu İrandır" - İRNA-nın baş direktoru

Hazırda oxunan: "Azərbaycanın yeganə dostu İrandır" - İRNA-nın baş direktoru

39893

"Qonşu ölkə olan Azərbaycan Respublikasındakı qardaşlarımız sərhədlərdə keçirilən hərbi təlimlərin məqsədini düzgün anlamaq üçün səy göstərməlidirlər".

Bizim.Media xəbər verir ki, bu fikirləri İranın İRNA xəbər agentliyinin baş direktoru Məhəmməd Rza Nevruzpur özünün Tvitter səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

İranın müdafiə naziri kimi təhdid edir? – “Böyük itkilərə məruz qalacaqlar”


"Bu halda onlar (Azərbaycan nəzərdə tutulur) İranla dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsində əlbəttə ki, daha yaxşı nəticələr əldə edəcəklər və İrandan daha dost və xeyirxah bir ölkə tapmayacaqlar", deyə o, qeyd edib.

"Mədəni oxşarlığa baxmayaraq, iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafı üçün yaxşı zəmin var. Gözlənilir ki, Azərbaycan uzunmüddətli maraqlarını nəticəsiz gərginliyə dəyişdirməyəcək.

Buna bəzi ölkələr təsir edir. Məqsədləri Azərbaycanın regiondakı qonşuları ilə dostluq münasibətlərini pozmaqdır”,-Nevruzpur əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO