Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri, general-mayor Məhəmməd Rza Aştiani düşmənlərin İran sərhədlərində hər hansı bir hərəkətinə qarşı xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı İRNA xəbər agentliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
İran Azərbaycanı İsrailə niyə qısqanır? - ÖZƏL MÜQAYİSƏ
"İran millətinin düşmənləri, hər hansı bir məntiqsiz və cahil hərəkət qarşısında, əlbəttə ki, əzici bir cavab alacaq və böyük itkilərə məruz qalacaqlar", - Twitter -də yazıb.
Xatırladaq ki, İran quru qoşunları zirehli bölmələrdən, artilleriyadan, pilotsuz uçan aparatlardan və döyüş helikopterlərindən istifadə etməklə ölkənin şimal-qərbində, Azərbaycanın şimal-qərbində “Xayberin Fəthçiləri” təlimlərinə oktyabrın 1-də başlayıb.
Bizim.Media