“Nikol Azərbaycana nəsə vəd edib və səxavətlə vədinin yerinə yetirilməsini gözləyir. Əks halda müharibə qaçılmazdır”.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “pastinfo.am” saytı “Veradarts” fondunun sədri Aragaç Axoyana istinadən yayıb.
“Faktinfo”nun efirində danışan Axoyana görə, yenə müharibə qoxusu gəlir:
“Nikol bir şey vəd edib. Qarşılıqlı oyunların bəhrəsindən isə bir yararlanırıq. Bu gün Nikol Rusiya və Qərblə vicdansız bir oyun oynayır. KTMT ilə Qərb arasında fırlandığını söyləmək olar. Bunu Qırğızıstanda ona qarşı edilən rəftar da sübut edir. Onu necə qarşıladılar, iclası necə idarə etdilər və s.
Buna Türkiyənin mesajlarını da əlavə edək: "Müsbət siqnallar", "Hazırıq" sözləri nə deməkdir?”, deyə Axoyan yekunlaşdırıb.
Bizim.Media

- A-
- A
- A+
Region
16:09 / 30.09.2021
“Müharibə qoxusu gəlir” - Nikol KTMT ilə Qərb arasında fırlanır
Hazırda oxunan: “Müharibə qoxusu gəlir” - Nikol KTMT ilə Qərb arasında fırlanır
Hazırda oxunan: “Müharibə qoxusu gəlir” - Nikol KTMT ilə Qərb arasında fırlanır
39518
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.