Anait Ovsepyan adlı ermən qızı, başına gələn dəhşəli hadisədən danışıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə sosial şəbəkədə izləyiciləri ilə bölüşüb:
“Müharibə başladıqdan sonra, Qarabağdan qaçmış bir erməni ailəsini evimdə qonaq saxladım. Ana-bala idilər. İki həftə sonra o qadının yoldaşı, əlavə 2 qadın və yaşlı kişi gəlib mənim evimdə yerləşdi. Düşündüm ki, onlar bir gün çıxıb gedəcəklər. Lakin xeyli zaman keçməsinə baxmayaraq, onlardan səs çıxmırdı.
Müharibə bitdikdən sonra mən onlardan evimi tərk etmələrini xahiş etdikdə məni təhqirə başladılar:
“Siz özünüzü türklər kimi aparırsız. Onlar da bizi evsiz qoydu. İndi isə bunu siz edirsiz”. Bu azmış kimi onun donuz iyi verən əri də söhbətə qoşularaq, məni alçaltdılar. Polis çağırdım və onları evimdən uzaqlaşdırmaq istədim''.
Onlar polisə “Siz qorxaqsız, bizi türklərdən qoruya bilmədiniz” deyə təhqir etməyə davam etdilər. Nəhayət bir saat sonra polislərin köməyi ilə o anormal ailəni evimdən qovdum”- deyə xanım qeyd edib.
Yazının sonunda Ovsepyan Qarabağ ermənilərinə nifrət etdiyini və onları bir daha görmək belə istəmədiyini də qeyd edib.
Ayfər Nizaməddin qızı, Bizim.Media