Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sabah Azərbaycana gələcək.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Gürcüstanın Azərbaycandakı səfirliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
Gürcü nazirin vasitəçilik TƏKLİFİ - Bakı və İrəvan nə reaksiya VERƏCƏK?
Mənbə yazır ki, hökumət başçısı Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın Bakıda keçiriləcək iclasında iştirak edəcək.
Onun Azərbaycanın Baş naziri, Milli Məclisin sədri və digər rəsmi şəxslərlə görüşü də gözlənilir.
Bizim.Media