Marketə gedən koronaviruslu xəstəyə cinayət işi açıldı

Marketə gedən koronaviruslu xəstəyə cinayət işi açıldı

Hazırda oxunan: Marketə gedən koronaviruslu xəstəyə cinayət işi açıldı

3882

Zərdabda marketə gedən koronavirus xəstəsi barədə cinayət işi başlanılıb.

Zərdab rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, Zərdab rayon sakini 1971-ci il təvəllüdlü Ağayev Səbuhi İlyas oğlu koronavirus infeksiyasına  yoluxduğuna baxmayaraq, xüsusi karantin rejiminə əməl etməyib. 

Həmin müddəti evdə keçirməli olduğu halda, 27.11.2020-ci il tarixdə Zərdab rayonu ərazisində ərzaq mağazasında rayon sakinləri ilə təmasda olaraq epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Zərdab rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Zərdab rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO