"TRT World Forum 2020" bu dəfə 1 və 2 dekabr tarixlərində keçiriləcək.
Bizim.Media "TRT World"- a istinadən bildirir ki, "Pandemiyadan Sonra Dünyada Beynəlxalq Nizam və Dəyişən Dinamikalar" mövzusu forumun əsas başlığı olacaq.
Onlayn keçiriləcək forumun ilk iclasında Türkiyə Radio və Televiziya Qurumunun İdarə heyəti sədri və baş direktor İbrahim Eren çıxış edəcək.
Türkiyə, Pakistan və Finlandiyanın Xarici Işlər Nazirləri tədbirdə çıxış edəcək qonaqlar arasındadırlar.
Həmçinin ÜST-ün baş direktoru Dr Tedros Adhanom Qebreyesus, İngiltərə və Danimarkalı həmkarları ilə birgə görüləcək sağlamlıq tədbirləri haqqında çıxış edəcək.
Proqrama 8 debat, 8 dəyirmi masa və 4 söhbət daxildir.
Əlavə olaraq "Dəyişən dünya nizamında Türkiyənin xarici siyasəti", "Müharibə və Pandemiya: Suriyada və Yəməndə həyat mübarizəsi", "Azərbaycan-Ermənistan münaqişəsinin taleyi" kimi xüsusi mövzular da etibarlı mütəxəssislər tərəfindən qapalı sessiyalarda müzakirə ediləcək.
Yusibli Səkinə, Bizim.Media