İran İnqilabı Keşikçiləri Korpusu hücum xarakterli və canlı qüvvəyə malik hərbi texnikanı Azərbaycanla sərhəd bölgəsinə göndərib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı özünün Facebook səhifəsində iranşünas Qarik Misakyan yazıb.
"İran İnqilabı Keşikçiləri Korpusu xüsusi əməliyyatlarda ixtisaslaşan və İran-İraq müharibəsi zamanı yaradılan “31-ci Aşura Quru Diviziyası”nı Araz sahil zonasına göndərib.
MÖVZU İLƏ BAĞLI:
İrana Bakıdan CAVAB: “Təcavüzkarı dəstəkləyən ölkə, özü təcavüzkardır”
122 mm-lik raketlər və 240 mm-lik Fəcr-3 raket sistemləri ilə təchiz edilmiş qurğular da daxil olmaqla çoxlu sayda zirehli maşınlar, hücum üçün nəzərdə tutulan tanklar, zirehli personal daşıyıcıları, raket və artilleriya sistemləri Azərbaycanla sərhəd bölgəyə yerləşdirilib”, deyə Misakyan qeyd edib.
Onun sözlərinə görə, Ərdəbil şəhərindən olan İran İnqilabı Keşikçiləri Korpusunun qüvvələri kəşfiyyat PUA-larını havaya buraxıb və eyni zamanda maksimum 200 km sürətlə hərəkət edə bilən, 2000 km məsafəyə uçan və uzaqdan idarə olunan lazer tank əleyhinə raketlərlə təchiz olunan ən son model olan “Qods Mohajer-6” PUA-sını cəlb edib.
“İran İnqilabı Keşikçiləri Korpusunun Təbrizdə quraşdırılan hava və kosmik qüvvələrinə məxsus iki raket bazasından yüksək dəqiqlikli ballistik raketlər Kürdəmirdəki hərbi bazaya və ya Bakı yaxınlığında yerləşən digər hərbi bazalara asanlıqla düşə bilər”, deyə o, əlavə edib.
Bizim.Media