Ermənistan hüquq-mühafizə orqanları Baş nazir Nikol Paşinyanın feysbuk hesabındakı fotosunun altında təhqiredici şərhin yazılması ilə bağlı cinayət işi açıb.
Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan göstəriş verdi: "Bu 4 nəfəri gözdən qoymayın" - ADLAR
Sözügedən şərhlə bağlı Cinayət Məcəlləsinin 137.1 (ictimai fəaliyyətinə görə bir şəxsi ağır təhqir etmək) maddəsi ilə cinayət işi başlanıb.
Hüquq-mühafizə orqanları şərh müəllifini müəyyən etmək üçün axtarış aparır.
Bundan əvvəl Cinayət Məcəlləsinə "Kobud təhqir" adı verilən və 3 milyon drama (təxminən 6000 ABŞ dolları) qədər cərimə və ya üç aya qədər həbs cəzası nəzərdə tutulan yeni bir maddə (137.1) əlavə edilib.
Bizim.Media