Paşinyan ölkədə daxili çəkişmələri dayandırmağa çağırdı

Paşinyan ölkədə daxili çəkişmələri dayandırmağa çağırdı

Hazırda oxunan: Paşinyan ölkədə daxili çəkişmələri dayandırmağa çağırdı

3820

Ermənistan Baş naziri Nikol Paşinyan əsirlərin qaytarılması və itkin düşənlərin axtarışı ilə bağlı problemlərin həllini sürətləndirmək üçün ölkədə daxili çəkişmələri dayandırmağa çağırıb. Bizim.Media bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

“Biz ölkədə vəziyyəti gərginləşdirməməli, tədricən sabitləşdirməliyik. İndi ən vacibi əsirlərin, itkin düşənlərin və potensial olaraq gizlənmiş hərbçilərin problemidir, hansını ki, çox tez həll etmək lazımdır”, - deyə Paşinyan facebook hesabında yazıb.

Baş nazir daxili fikir ayrılıqlarının problemin həllini sürətləndirməyəcəyini də yazıb. “Problemin həlli yalnız bir halda sürətlənəcək. Əgər hamı başa düşsə ki, bununla bağlı daxili toqquşmalar olmayacaq”, - deyə paylaşımda bildirilir.

O qeyd edib ki, gələcəkdə kimin günahkar olması və kimin necə məsuliyyət daşıyacağı aydınlaşacaq.

“Amma indi biz bir-birimizlə mübarizəyə deyil, problemin birgə həllinə diqqət yetirməliyik. Mən buna əminəm", - deyə Paşinyan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO