Paşinyanın lokal oyunu, Ərdoğanın xor baxması: görüş Ermənistana nə vəd edir?

Paşinyanın lokal oyunu, Ərdoğanın xor baxması: görüş Ermənistana nə vəd edir?

Hazırda oxunan: Paşinyanın lokal oyunu, Ərdoğanın xor baxması: görüş Ermənistana nə vəd edir?

37942

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanın görüş təklifini elan edərkən əslində məxfi məlumatları açıqlayıb.

Bizim.Media xəbər verir ki, türkoloq Ruben Melkonyan “Sputnik Ermənistan”a açıqlamasında bildirib ki, Ərdoğanla görüş Ermənistana heç bir xeyir gətirməyəcək, yalnız onun imicinə və nüfuzuna zərbə vuracaq.

"Ərdoğanın dediyinə görə, Ermənistanın “müəyyən” addımları ilə Türkiyə müəyyən bir bazarlıq mövzusunun mövcudluğunu (bir şeyin verilməsi / alınması) irəli sürüb və siyasi dialoqa getməyə hazır olduğuna dair açıq bir işarə vurub. Diplomatik münasibətlərin qurulması prosesindən söhbət gedə bilməz və bu, Türkiyənin ön şərtlərini nəzərdə tutur və belə başlanğıc şərtləri ilə, erməni diplomatiyası belə çətin bir danışığa başlaya bilməz. Çünki Türkiyə kimi çətin oyunçu ilə İrəvanın ciddi şansı yoxdur”, deyə türkoloq qeyd edib.

Melkonyan bildirib ki, Ərdoğanın açıqlaması, sözün pis mənasında təhqiramizdir,  çünki orijinal mətndə (türkcə) o, Ermənistanın Baş nazirinin adını və vəzifəsini xatırlatmır.

O, Paşinyan haqda üçüncü şəxs kimi danışır, Gürcüstanın baş nazirinin vəzifəsini isə iki dəfə çəkir.

"Diplomatik protokola görə və daha konkret desək, şərq zehniyyətini nəzərə alsaq, bu, Ermənistanın sıfır səviyyəli subyektivliyini, ona qarşı laqeyd münasibətini göstərir və təbii olaraq siyasi bir alt mətnə malikdir, həm də Ermənistanın yalvaran kimi çıxış etdiyini nümayiş etdirir. Əslində, 44 günlük müharibədəki məğlubiyyətdən sonra, Türkiyənin davam edən düşmənçilik siyasəti fonunda, Ermənistan yeni əlaqələr qurmaq ümidi ilə təşəbbüskar kimi çıxış edir”, deyə o vurğulayıb.

Gürcüstan baş nazirinin vasitəçiliyinə gəlincə, Melkonyanın fikrincə, Ermənistan-Gürcüstan və Gürcüstan-Türkiyə münasibətlərinin müəyyən bir səviyyəsi nəzərə alınır:

“Burada Qərbyönümlü bir vektor da ortaya çıxa bilər. Gürcüstan, xüsusən Saakaşvilinin "Gül inqilabı"ndan sonra, bu rola görə Qərb ittifaqı üçün çox məqbul bir dövlətdir. Bir sözlə, burada müəyyən bir geosiyasi kontekst də izlənilə bilər.

Rusiyaya qarşı münasibət təzahürlərini istisna etmək mümkün deyil, baxmayaraq ki, 2008-2009-cu illərdə Rusiyanın bunun əleyhinə olmadığını, üstəlik Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsində vasitəçi olmağa hazır olduğunu bəyan etdiyini qeyd etmək lazımdır”.

Ekspert hesab edir ki, bu işdəki təşəbbüs şəxsən Baş nazirdən gəlib. Çox güman ki, söhbət Baş nazirin və xarici işlər naziri Ararat Mirzoyan da daxil olmaqla bir sıra tərəfdaşlarının lokal oyunlarından gedir.

Bütün diplomatik korpusun bu işə qarışması ehtimalı azdır, buna görə də Ərdoğanın bəyanatını təsdiqləyən və ya əksinə təkzib edən Xarici İşlər Nazirliyindən reaksiya gözləmək olar.

Erməni ictimaiyyəti, Melkonyanın qeyd etdiyi kimi, bir vaxtlar gizli heç bir şey etməyəcəyini bildirən bir insanın (Paşinyanın) tam əksini etdiyinə artıq öyrəşib: bəzi addımlar atır, sonra da geniş ictimaiyyətə populistcəsinə təqdim edir. 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfəri öncəsi keçirdiyi mətbuat konfransı zamanı deyib ki, Gürcüstanın Baş naziri ona Ermənistan Baş naziri Nikol Paşinyanın görüşmək təklifini çatdırıb. 

Türkiyə prezidenti əlavə edib ki, əgər Ermənistanın baş naziri Nikol Paşinyan onunla görüşmək istəyirsə, onda Ermənistan "müsbət addımlar" atmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO