“Dəhlizin açılması 2 il ərzində Ermənistanın ÜDM-ni 30% artıracaq” – Erməni nazir

“Dəhlizin açılması 2 il ərzində Ermənistanın ÜDM-ni 30% artıracaq” – Erməni nazir

Hazırda oxunan: “Dəhlizin açılması 2 il ərzində Ermənistanın ÜDM-ni 30% artıracaq” – Erməni nazir

37784

“Bölgədə kommunikasiyaların açılması 2 il ərzində Ermənistanın ÜDM-ni 30% artıracaq”.

Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.

Onun sözlərinə görə, bu cür qiymətləndirmələr Dünya Bankı və Asiya İnkişaf Bankının analizlərində qeydə alınıb.

"Hamımız başa düşürük ki, yolların açılması ümumi iqtisadi inkişaf səylərimizin rəqabət qabiliyyətini artıracaq. İkitərəfli danışıqlarda iştirak edən Rusiya şirkətləri və təşkilatları da bunu nəzərə alır”, deyə o vurğulayıb.

Nazir bildirib ki, Ermənistan tərəfinin məqsədi bu danışıqları ağlabatan nəticəyə çatdırmaqdır. Əsasən ölkəmizin maraqları nəzərə alınmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO