Ermənistanın Qarabağa yeni yol çəkmək iddiası - PƏRDƏARXASI MƏQAMLAR

Ermənistanın Qarabağa yeni yol çəkmək iddiası - PƏRDƏARXASI MƏQAMLAR

Hazırda oxunan: Ermənistanın Qarabağa yeni yol çəkmək iddiası - PƏRDƏARXASI MƏQAMLAR

37251

Bu gün erməni mətbuatı bütün səyləri ilə İrəvandan Xankəndiyə alternativ yol çəkmək istədikləri haqqında xəbərləri tirajlayırlar. Bu ermənilərin Azərbaycan torpağında yeni bir anklav yaratmaq iddiası deyil ki?

Politoloq Fikrət Sadıxov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu gün Ermənistanın müxtəlif planları ola bilər. Bu o demək deyil ki, o planlar bizim maraqlarımızı üstələməlidir: 

“Hər halda 10 noyabr bəyannaməsində komunikasiyaların açılması maddəsi altında Zəngəzur dəhlizi nəzərdə tutulurdu. Ermənilər isə komunikasiya sözlərini ümumiləşdirib, öz xeyrlərinə çıxarış edirlər. Əgər ermənilər bunu başa düşmürlərsə, biz bunu onlara başa salmalıyıq və salırıq da”.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Laçın dəhlizinə görə qorxuya düşdü: “Hər şeyi edəcəyik ki, bağlanmasın”


Söhbət əsnasında Fİkrət Sadıxov həmçinin Ermənistanın Azərbaycan torpağında yeni anklav ərazi yaratmaq cəhdlərindən də danışıb.

“Azərbaycan heç vaxt onların bu cəhdlərinə imkan verə bilməz. Artıq müharibə sona yetib, hazırda gündəmdə delimitasiya məsələsi dayanıb. İndi bizim əsas məqsədimiz o komunikasiyaların açılması və sərhədlərin delimitasiyasıdır. Ermənistanın aldatmaq manevrləri indi heç özünün də maraqlarına cavab vermir”.

Xatırladaq ki, Rusiya-Azərbaycan-Ermənistan arasında imzalanan 10 Noyabr birgə bəyanatının 6-cı maddəsində Laçın dəhlizinə alternativ yolun çəkilməsi nəzətdə tutulur.

Həmin bənddə qeyd edilir ki, tərəflərin razılığı əsasında növbəti üç il ərzində Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bu yolu Azərbaycan tərəfi tikəcək. Həmin marşrutun mühafizəsi üçün isə Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. 

Vüsalə Balayeva, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO