Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib.
O deyib ki, Türkiyə Şərqi Aralıq Dənizi, Kipr və Liviya ilə bərabər, Qarabağ məsələsində də Azərbaycana qeyd-şərtsiz dəstək verməkdə davam edir:
“30 ildir Ermənistanın Qarabağdakı zülmünə, son hücumlar zamanı mülki əhalini və şəhərləri bombalamasına laqeyd qalmadıq, bu ədalətsizliklərə bəzi ölkələr kor və kar qaldığı halda biz bütün imkanlarımızla qardaş Azərbaycanın yanında olduq”.
F.Oktay deyib ki, Azərbaycanın hüquq və mənafeyini bundan sonra da qorumaq üçün Türkiyə hərbçiləri qardaş ölkədəki vəzifələrini ən qısa zamanda icra edəcəklər:
“Bundan sonra da ədalət mübarizəsində qardaşlarımızın yanında olacağıq”.
Bizim.Media
- A-
- A
- A+
Region
10:34 / 28.11.2020
Türkiyənin Vitse-prezidenti: “Hərbçilərimiz qısa zamanda Azərbaycanda vəzifələrinə başlayacaq”
Hazırda oxunan: Türkiyənin Vitse-prezidenti: “Hərbçilərimiz qısa zamanda Azərbaycanda vəzifələrinə başlayacaq”
Hazırda oxunan: Türkiyənin Vitse-prezidenti: “Hərbçilərimiz qısa zamanda Azərbaycanda vəzifələrinə başlayacaq”
3721
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.