Bəs, nə oldu Qabil, qulağını kəsirdin? - VİDEO

Bəs, nə oldu Qabil, qulağını kəsirdin? - VİDEO

Hazırda oxunan: Bəs, nə oldu Qabil, qulağını kəsirdin? - VİDEO

3647

Vaxtilə Andranik Ozanyan 1890-ci illərdə Osmanlı imperiyasına xəyanət etdiyi üçün cəza kimi onun qulağını kəsirlər, bundan sonra ona xalq arasında "tayqulaq Andranik" deyiblər. O zamanlar qulaq kəsmək, həmin adamı xalqa əclaf bir məxluq kimi nümayiş etdirmək məqsədi daşıyırdı.

Daha sonra isə Andranik rus ordusunun komandanı general Aleksandr Malışayevski ilə görüşür və rus ordusuna öz xidmətlərini təklif edir, yəni satqınlıq edir.

Bu tarixi hadisəni əbəs yerə xatırlamadım. Gözümün qarşısında “tayqulaq” qalacağı təqdirdə Qabil Məmmədovun obrazı canlandı. O da əgər kişi kimi sözünün üstündə durub, dediyini etsə, bəlkə Azərbaycan xalqı ona bir ləqəb verə bilər.

Yadımda olmuşkən Almaniyanın qaçqınlar düşərgəsinə “qabırğa olan” və görünür ermənilərə namusunu satmış Qabil Məmmədovun videosundan bir xatırlatma verim.

Müharibədən əvvəlki tarixə aid olan videoda “tayqulaq Qabil” Azərbaycanın Qarabağı azad edə bilməyəcəyini iddia edir. Daha sonra  Qabil “kişi kimi” Qarabağ alınarsa, qulağını kəsib, tayqulaq gəzəcəyinə də söz verir. Gözü qanla dolmuş Qabil, qulağını kəsmək üçün, hətta 1 rayonun belə alınmasına razı olduğunu deyir. Beləliklə, ifasına Hollivud aktyorlarının da həsəd apardığı Qabilin filmi “vətənpərvər” notlar üzərində bitir. 

Yuxarıda erməni Andranikin satqınlıq missiyasını xatırlamağım, Qabilin şəxsiyyətini xırdalamaqda mənə kömək edəcək. Vaxtilə ruslara satılıb, türklərə qarşı satqınlıq edən Andranik, hazırda Qabilin simasında yenidən reinkarnasiya edib.

Burada maraqlı bir məqam gündəmə gəlir. Müharibədən öncə Azərbaycanın torpaqlarını qaytarmayacağını deyən əsas qüvvə - ermənilər və erməni diasporu idi. 

Məhz onlar, cəmiyyətimizi inandırmağa çalışırdılar ki, bu torpaqlar Azərbaycana lazım deyil və onlar heç bir zaman geri alınmayacaq. Zaman və hadisələr əksini sübüt etdikdə isə Qabil kimilər susmağa üstünlük verdi. 

Burada incə bir məqama toxunmaq istərdik.

Hadisələrə diqqətlə nəzər salsaq, Qabil Məmmədovun çoxdan “bir qarın çörəyə” ermənilərə satıldığını aydın şəkildə görə bilərik. Yoxsa, erməni diasporasının yürütdüyü siyasətlə Qabilin sayıqladığı fikirlər bu dərəcədə üst-üstə düşə bilməzdi. Müqayisə etdikdə, hər iki tərəfin məsələyə eyni pəncərədən baxdığını görərik.

İndi Qabilin “cəsarətli çıxışlarının” mahiyyəti anlaşılandı. İgid əsgərlərimiz canlarını fəda edib, satılmış torpaqları geri almaq üçün qan tökəndə, Qabil kimi “vətənpərvərlər” mənliyini, əqidəsini erməniyə satıb, onların “marianetkası”na çevrilirdi. 

Bununla yanaşı şəhidlərimizin şərəflə geyindiyi, cəsarətli oğullarımızın nişanəsi olan o geyimi, bu məxluqun lazımsız cismində daşıması, onu ləkələməyi qətiyyən yolverilməzdir.

Azərbaycanlılar şərəfsiz, xəyanətkarları çox görüb. Əgər kişiliyin çatsa, birinci dilini, sonra da o qulağı kəs, tulla. Lazım olmayan orqanlarını üzərində daşıma, bədəninə ağırlıq edər...

Vüsalə Balayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO