Xəbər verdiyimiz kimi, general-mayor Mixail Kosobokov Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri vəzifəsinə təyin olunub.
Bizim.Media-nın məlumatına görə, Kosobokov 1999-cu ildə Ryazan Ali Hərbi Hava Komandanlığı Məktəbini, daha sonra isə Frunze Akademiyasını bitirib.
MÖVZU İLƏ BAĞLI:
Sülhməramlıların yeni rəhbəri İrəvanda - FOTO
O, əvvəllər Cənub Hərbi Dairəsinin 58-ci ümumqoşun ordusunun komandirinin müavini vəzifəsində çalışıb.
Bununla yanaşı, Abxaziyadakı Rusiya hərbi bazasına da rəhbərlik edib.
Kosobokov 2016-ci ildə Rusiya Prezidentinin sərəncamı ilə general-mayor rütbəsi alıb. Xatırladaq ki, M. Kosobokov bu vəzifədə general-leytenant Rüstəm Muradovu əvəzləyib.
Bizim.Media