Qayana Ayvazyan: “Paşinyan Ermənistandan deportasiya olunan azərbaycanlılara vətəndaşlıq versin”

Qayana Ayvazyan: “Paşinyan Ermənistandan deportasiya olunan azərbaycanlılara vətəndaşlıq versin”

Hazırda oxunan: Qayana Ayvazyan: “Paşinyan Ermənistandan deportasiya olunan azərbaycanlılara vətəndaşlıq versin”

36067

Erməni tarixçisi, İrəvan Qədim Əlyazmalar İnstitunun əməkdaşı Qayana Ayvazyan öz facebook hesabında qalmaqallı məqalə ilə çıxış edib. O, hazırkı baş nazir Nikol Paşinyanı sülh müqaviləsinin məsuliyyətini gələcək nəsillərin üzərinə atmaqda ittiham edib.

Müəllif məqaləsində son günlərdə Füzuli hava limanının fəaliyyətə başlamasına diqqət çəkib.

Onun sözlərinə görə, Azərbaycan hava limanın sentyabr ayında fəaliyyətə başlayacağını elan etdi və dediyi vaxtda da açılışı həyata keçirdi.

Serj Sarkisyan isə illər öncə Qarabağda hava limanının açılışına cəhd göstərdi, lakin buna cəsarəti çatmadı. O, heç vaxt “kiçik idman aeroportuna” səfər edə bilmədi. Minsk Qrupunun həmsədr ölkələri Sarkisyana xəyal etdiyi təyyarədən çıxıb danışıqlar masasına qayıtmasının lazım olduğunu çox tez başa saldılar.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyandan ETİRAF: “Ən vacib məsələ Azərbaycanla müzakirələrə başlamaqdır”


Hava limanının ilk sərnişini isə Sarkisyan yox, Rusiya sülhməramlıları oldu. Müəllifin fikrincə, bu layihədən tək qazanan sadəcə öz CV-lərini genişləndirməklə məşğul olan Fransadakı erməni diasporasının nümayəndələri idi. 

“Niyə Paşinyanın və Koçaryanın oğlanları həlak olmadı?”

2021-ci il seçkilərində Paşinyanın qalib gəlməsinin hər kəsi şoka saldığını qeyd edən Ayvazyan, bu seçkilərin erməni cəmiyyətinin üzünə vurulan sillə olduğunu bildirir. Ermənistan müharibə cinayətkarları və məğlublar arasında seçim etməli idi və bu vəziyyətdə məğlub olanı seçmək ən əxlaqi qərar idi.
 

Nəticələr erməni cəmiyyətinin öz təbliğatının və yalanlarının qurbana çevrildiyini göstərirdi.


Sərmayə sahibi olmayan və yoxsulluqdan əziyyət çəkən erməni cəmiyyəti dərsliklərdə, xəbərlərdə, Kann festivallarında səsləndirilən milli düşüncələri bölüşmürdü. Erməni siyasi elitaları Qarabağ məsələsi ilə bağlı bəyanatları, erməni ziyalıların kitabları yalnız öz cibini düşünən kiçik ictimai-siyasi qrupların mənafeyinə xidmət edirdi. 

Ayvazyan Nikol Paşinyan və Robert Köçəryanın öz oğlanlarını nümayişkaranə şəkildə müharibəyə göndərdiklərini, lakin hər ikisinin də sağ-salamat geri qayıtdığına diqqət çəkir.

Ölən, itkin düşmüş, əsir düşən və yaralanan dörd min erməni gəncinin valideynləri, dostları, qohumları isə bu qədər şanslı deyildi.
 

“Bəs bu günki revanşist bəyanatlar, Ermənistanın rəsmi tribunalarından müharibə siyasətini davam etdirən çıxışlar kimin üçündür?”, deyə Ayvazyan qeyd edir.


“Minsk qatarı çoxdan yola düşüb”

Müəllifin sözlərinə görə, ölkəni biabırçı bir müharibəyə çəkən erməni rəsmi dairələri indi sülhdən danışırlar. Halbuki bir il əvvəl beşiklərində erməni uşaqlarının öldürülməsini bəhanə edərək hamını silahlanmağa və müharibəyə çağırdılar. Bu əsnada Qarabağ erməniləri isə geri qayıdır və Azərbaycan onları öz vətəndaşı elan edir.

Tarixçi alim qeyd edir ki, qoy, Paşinyan da Ermənistandan deportasiya olunan azərbaycanlılara vətəndaşlıq versin, sülh qurucusu olaraq əməli addımlar atsın, müharibənin nəticələrinə görə üzr istəsin. “Əsl sülh istəyi, Moskvaya qaçmaq, böyük bir qardaşın çiynində ağlamaq və şikayət etməklə deyil, məhz belə özünü göstərməlidir”, deyə o, əlavə edir.
 

Qayana Ayvazyan erməni diplomatlarının Qarabağ məsələsinin Minsk qrupunun təklifləri çərçivəsində həll etməyə çalışdığını, lakin bunun mənasız addım olduğunu qeyd edir. Onun fikrincə, artıq belə bir çərçivə mövcud deyil. Minsk qatarı çoxdan yola düşüb.


İndi həmsədrlər yalnız yeni yol xəritələrində nəzarət payı əldə etməyə çalışırlar. 30 ildir təklif olunan format artıq mövcud deyil. Ermənistan Azərbaycan ərazilərinə nəzarəti itirib və bunun üçün minlərlə həyat da qurban verib. İndi isə Ermənistan rəhbərliyi sağ qalanlardan daha kimləri öldürmək olar deyə düşünür.

“Paşinyanın tək məqsədi hakimiyyətini qorumaqdır”

Müəllifin sözlərinə görə, erməni diplomatlar yaxşı bilirlər ki, heç kim onların tələblərini yerinə yetirməyəcək. Paşinyan isə məsuliyyətli qərarlar qəbul etmək istəmir, ancaq gücü əlində saxlamağa çalışır.
 

O, sülh müqaviləsinin gec-tez imzalanması lazım olduğunu başa düşür, ancaq onu gələcək nəsillərə həvalə etmək istəyir. Ayvazyanın fikrincə, Paşinyanın tək məqsədi öz hakimiyyətini qoruyub saxlamaqdan ibarətdir.


Erməni tarixçi bu yanaşmanı ağılsızlıq olduğunu və Ermənistanın təcridini daha da gücləndirəcəyini qeyd edir.

“Bölgədəki bütün qüvvələrlə əməkdaşlıq edilmədiyi təqdirdə, Ermənistandan keçməyən yollar və hava limanları tikiləcək. Ən nəhayət Kann festivalında ermənilərin həqiqi faciəsini göstərmək mümkün olacaq”, deyə o məqaləsini yekunlaşdırır.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO