Sulduzda kürd-azərbaycanlı qarşıdurması - gərginlik DAVAM EDİR

Sulduzda kürd-azərbaycanlı qarşıdurması - gərginlik DAVAM EDİR

Hazırda oxunan: Sulduzda kürd-azərbaycanlı qarşıdurması - gərginlik DAVAM EDİR

35850

İranın Türkiyə və İraqla sərhədə yaxın bölgəsində yerləşən, Qərbi Azərbaycan ostanlığına aid olan Sulduz şəhərində azərbaycanlılarla kürdlər arasında qarşıdurmanın davam etdiyi bildirilir. 

Bizim.Media xəbər verir ki, əvvəllər ancaq azərbayanlıların yaşadığı, Cənubi Azərbaycan şəhəri olan Sulduza son illər etnik kürdlərin köçürülməsi şəhərdə demoqrafik vəziyyəti dəyişib və vaxtaşırı olaraq kürdlərlə azərbaycanlılar arasında gərginlik yaşanır.

Xəbər verildiyi kimi bir neçə gün əvvəl PKK-çı kürd yaraqlıları Sulduzun Saxsıtəpə kəndinə basqın edərək qadınları və uşaqları döyüb, bəzi qadınları zorla dağa qaçırmaq istəyib.
 

MÖVZU İLƏ BAĞLI:

Yezidi kürdlər arasında atışma baş verdi - Yaralılar var


İran təhlükəsizlik qüvvələri PKK terrorçularının kəndə basqınına laqeyd qalıb.

Bu hadisənin səbəbi isə Saxsıtəpə kəndində azərbaycanlı qadına sataşan bir kürdün öldürülməsidir. Həmin şəxs tutulub, amma kürdlər yerli polis idarəsinin qarşısına toplaşaraq ona divan tutmaq istəyiblər.

Tələb ediblər ki, tutulan kəndli onlara təhvil verilsin. Buna cavab olaraq azərbaycanlılar da toplaşıb və polis idarəsinin qarşısına yürüş edib. İki kütlə arasında qarşıdurmanın və əlbəyaxa davanın olduğu bildirilir.

Cənubi Azərbaycandan olan fəallar bildirirlər ki, Sulduzda gərginlik davam edir, hadisələrin böyüməsi və bütün vilayətə yayılması  riski var.

Bölgədə azərbaycanlılar yaşayan kəndlərin sakinləri qorxu içindədir, onlar PKK yaraqlılarının yeni basqınlarından ehtiyat edirlər.
 

Azərbaycanlı fəallar deyirlər ki, İran hakimiyyəti kürdlərin azərbaycanlıları sıxışdırmasına və onlara mütəmadi hücumlar həyata keçirməsinə göz yumur. Hesab edilir ki, İran hakimiyyəti Türkiyə ilə sərhədə yaxın ərazilərdə demoqrafik vəziyyəti dəyişdirməyə çalışır, azərbaycanlıların bu bölgədə çoxluqda olmasını istəmir.


Bu səbəbdən Qərbi Azərbaycan əyalətinə kürd köçü təşviq edilir.

Hazırda bölgədə demoqrafik vəziyyətin necə olduğuna dair dəqiq rəqəmlər yoxdur. Amma 3.5 milyona yaxın əhalisi olan Qərbi Azərbaycan ostanlığında əvvəllər azərbaycanlılar çoxluqda olub, indi isə sünni kürdlərin sayının onları keçdiyi təxmin edilir (virtualaz.org).

Bizim.Media
​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO