Ermənistanın müdafiə naziri Arşak Karapetyan Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradovu qəbul edib.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə Muradovu kimin əvəz edəcəyi açıqlanmayıb.
Lakin may ayında Aleksey Avedyevin Rusiyadakı Qarabağ sülhməramlılarının yeni komandanı ola biləcəyi barədə məlumatlar mediada dərc olunmuşdu.
MÖVZU İLƏ BAĞLI:
Qarabağdakı rus sülhməramlıları bu təşkilatla əməkdaşlıq edirmiş - TƏFƏRRÜAT
Qeyd edək ki, hələ may ayında Rüstəm Muradovun rotasiya qaydasında Cənub Hərbi Dairəsinin komandir müavini Aleksey Avedyevlə əvəzlənə biləcəyi xəbəri yayılmışdı.
Lakin Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olduğu üçün Muradov bir müddət də öz vəzifəsini icra etməyə davam etmişdi.
Bizim.Media