Rusiyalı deputat: “Fransa səmimidirsə Krımın Rusiyanın ərazisi olmasını da tanısın”

Rusiyalı deputat: “Fransa səmimidirsə Krımın Rusiyanın ərazisi olmasını da tanısın”

Hazırda oxunan: Rusiyalı deputat: “Fransa səmimidirsə Krımın Rusiyanın ərazisi olmasını da tanısın”

3582

"Əgər Fransa hakimiyyətinə insanların öz müqəddəratını təyin etməsi elə vacibdirsə, demokratik dəyərlərə və digər xalqların səylərinə hörmət həqiqətən səmimidirsə, onda Dağlıq Qarabağın müstəqilliyinin ardınca Krımın Rusiya ərazisi olması haqqında qərar qəbul edilməlidir”

Bizim.Media xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet RİA Novosti agentliyinə açıqlamasında bildirib.

Krım regionundan olan deputat Krımın Rusiya ərazisi olduğunu tanımasının məntiqi addım olacağını söyləyib:

“Bu gecikmiş, amma məntiqi addım olar. Əks halda, fransalı senatorların qərarı ikiüzlülükdən başqa bir şey deyil”.

Rusiyalı deputatın sözlərinə görə, Fransa senatının Qarabağla bağlı qərarı Türkiyəyə münasibətdə geosiyasi tapşırıqları həll etmək üçün düşünülmüş “siyasi oyun”dur:

“Krıma münasibətdə Fransa tamamilə başqa siyasi oyun aparır. Mən inanmıram ki, fransalı senatorları Dağlıq Qarabağdakı insanların taleyi narahat edir. İnanmıram ki, onlar Krımı tanıya bilərlər.

Əgər Fransa tərəfi həqiqətən insanların qayğısına qalsaydı, hərbi münaqişəni çoxdan dayandırmağa, Qarabağda insan itkilərinə imkan verməməyə cəhd edərdilər, necə ki, bunu Rusiya öz sülhməramlılarını yerləşdirərək etdi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO