İrəvan-Arazdəyən magistral yolunun “Pokr Vedi" inzibati ərazisində, sentyabrın 4-də bir neçə kəndin sakinləri üzüm alqı-satqısı ilə bağlı məsələlərə etiraz olaraq yolu bağlayıblar.
Bizim.Media shamshyan.com-a istinadən xəbər verir ki, etiraz yerində çoxlu sayda polis əməkdaşı toplanıb.
Etirazçılar qubernator və Ermənistan hökumətinin nümayəndəsi ilə görüşməyi tələb edirlər.
"Pokr Vedi" nin rəhbəri Norik Martirosyan NEWS.am -a bildirib ki, İrəvanda baş verənlərdən xəbərləri yoxdur.
Xatırladaq ki, hökumətin son iclasında Ermənistan baş nazirinin müavini Suren Papikyan bəyan etmişdi ki, bundan sonra üzüm yetişdirənlər yolu əsassız yerə bağlamayacaqlar.
Bizim.Media