“Türkiyə ikinci “S-400” alayını Rusiyadan alacağına şübhə etmir”.
Bizim.Media Rusiya mətbiatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Qeyd edək ki, Türkiyə Rusiyadan ikinci partiya “S-400” Zenit Raket Komplekslərinin alınması üçün müvafiq müqavilə imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiya Türkiyəyə yenə S-400 raketləri satacaq – DETALLAR
Müqaviləyə əsasən, Türkiyə Rusiyadan növbəti “S-400” alayı alacaq.
“Rosoboroneksport”un Baş direktoru Aleksandr Mixyeyev müqavilə imzalanan dövrdə satınalma ilə bağlı maliyyələşmə məsələsinin müzakirə edildiyini bildirmişdi.
Xatırladaq ki, 2017-ci ildə Türkiyə “S-400” ZRK-ların alınması ilə bağlı Rusiya ilə müqavilə imzalayıb. İlk “S-400” alayı 2019-cu ilin avqustunda Türkiyəyə çatdırılıb.
Bizim.Media