Pentaqon rəsmisi Qarabağla bağlı bəyanata münasibət bildirdi

Pentaqon rəsmisi Qarabağla bağlı bəyanata münasibət bildirdi

Hazırda oxunan: Pentaqon rəsmisi Qarabağla bağlı bəyanata münasibət bildirdi

3448

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatının nəticəsinə əsasən Dağlıq Qarabağda hərbi əməliyyatların tam dayandırılmasını Amerika tərəfi alqışlayır.

Bizim.Media-nın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan Hoffman bildirib.

"Deyə bilərəm ki, indi Azərbaycan və Ermənistan arasında göründüyü kimi, bu mərhələdə riayət edilən sülh razılaşması var", - Pentaqon rəsmisi deyib.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair bəyanat imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO