Ermənistan parlamentdə müxalifət fraksiyaları ilə parlamentin təhlükəsizlik xidməti arasında toqquşma olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı erməni mətbuatı yayıb.
Mənbə yazır ki, deputatlardan kimsə uca səslə “Nikol xaindir” deyə qışqırıb.
Bu, Paşinyanın çıxışı zamanı baş verib. Nəticədə müxalifətlə iqtidaryönlü deputatlar arasında toqquşma olub.
Münaqişə isə Baş nazirlə müxalifətçi deputat Anna Mkrtçyan arasında yaranan diskussiya ilə başlayıb. Natiq Mkrtçyanın zalı tərk etməsini tələb edib və o, imtina edəndə təhlükəsizlik xidməti deputatı zaldan çıxartmağa çalışıb. Bu zaman isə müxalifətin üzvləri onu qorumaq üçün ayağa qalxıblar.
Bizim.Media