Erməni qadınların harayı: “Kişi çatışmazlığı var” – FAKT VƏ TƏFƏRRÜAT

Erməni qadınların harayı: “Kişi çatışmazlığı var” – FAKT VƏ TƏFƏRRÜAT

Hazırda oxunan: Erməni qadınların harayı: “Kişi çatışmazlığı var” – FAKT VƏ TƏFƏRRÜAT

33984

Ermənistanda vəziyyət gərgin olaraq qalmaqdadır. 44 günlük savaşdan sonra sağ qalan erməni kişilər xarici üz tutur, çalışdıqca əcnəbi qadınlarla ailə qurmağa can atırlar ki, Ermənistan vətəndaşlığından qurtulsunlar.

Bizim.Media xəbər verir ki, Ermənistanın rəsmi statistikasına görə erməni qadınlar öz millətlərindən olan azsaylı kişilərlə də ailə qurmaq istəmirlər.
 

Səbəb erməni kişilərinə inamsızlıqdır. Erməni psixoloqlar bunu kişilərdən qadınlara siraət etmiş qorxaqlıq sindromu ilə izah edirlər.


Erməni qadınlarını fəryad çəkməyə vadar edən digər səbəb savaşdan sonra minlərlə ermənidən hələ də xəbər olmaması və Qarabağda hər gün 4-5 erməni leşinin tapılmasıdır. 

Avqustun 23-də isə Ermənistan Təhlükəsizlik Şurası da İrəvan üçün SOS siqnalı çalıb. Belə ki, şuranın katibi Armen Qriqoryan orduda aparılacaq islahatları şərh edərkən ermənilərin kişi çatışmazlığından əziyyət çəkdiyini bildirib:

“Ermənistan əhalisinin yarıdan çoxunu qadınlar təşkil edir, lakin qadınların təhlükəsizlik məsələlərində iştirakı erməni mədəniyyət normalarına ziddir. Bu yanaşmanı dəyişmək və Ermənistan Respublikasının Silahlı Qüvvələrində xidmət də daxil olmaqla, ölkənin təhlükəsizliyinin təmin edilməsinə mümkün qədər çox qadın cəlb etmək istəyirik”.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda sülhməramlıdan növbəti TƏXRİBAT - FOTO


Yəni, orduda qadınların olmasını ermənilər özlərinə eyib bilsələr də bunu etməyə məcbuduar.
 

Əslində isə dərin dövlətçilik tarixi olan dövlətlərdə qadınlar orduda təmsil olunmasında he qəbahət yoxdur. Sadəcə, Azərbaycan ərazisində yaradılan hibrid dövlətin bizim kimi amazonkalı, Nüşabəli, Sara xatunlu keçmişi olmayıb. Onlar qadınlardan yalnız “Kim Kardaşyan üsulu” ilə istifadə ediblər. 


Xatırladaq ki, İrəvan bundan əvvəl 55 yaşa qədər kişiləri də orduya çağırırdı.

İndi də qadınlara möhtac qalan “məğlubedilməz ordu” mifologiyasının daşıyıcıları axırıncı variantlara da əl atırlar. Onlar yaxşı bilir ki, Azərbaycan əsgəri qadına-uşağa tətik çəkmir deyə ordularını qızlardan ibarət etmək niyyətindədirlər. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO