Erməni bloger Mika Badalyan yeni müharibə anonsu verib.
Bizim.Media xəbər verir ki, bu haqda o, özünün Telegram kanalında yazıb.
Bloger düşüncələrinə bu cümlələrlə başlayıb:
“Aydındır ki, biz məğlubiyyətdən və "dağıdıcı" seçkilərdən ayılanadək Azərbaycan Ermənistana qarşı yeni genişmiqyaslı müharibəyə hazırlaşır. Bu dəfə düşmən qoşunlarının hücumunun əsas məqsədləri belə olacaq:
1) Naxçıvanın Kərki kəndinin ələ keçirilməsi, bununla da Zəngəzurun Ermənistanın mərkəzi hissəsindən kəsilməsi;
2) Meğri, Sisyan bölgələrinin (və ya onlardan birinin) tutulması, Zəngəzur dəhlizinin açılması (Azərbaycanın Türkiyə ilə birbaşa quru əlaqəsi olacaq);
3) Göyçə gölünün şərq sahilinin zəbt edilməsi, gölün su ehtiyatlarına nəzarətin qurulması;
4) Noyemberyan və İcevan rayonlarının (Qazaxın işğalda olan kəndlərini nəzərdə tutur) bəzi hissələrinin geri qaytarılması, Ermənistanla Gürcüstan arasındakı yola nəzarət edilməsi.
Və Ermənistan hökuməti ölkənin mövcudluğunu təhdid edən və yaxınlaşan müharibəyə qarşı nə edəcək?
Erməni generalları və Baş Qərargah bu barədə nə düşünür?
Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti nə proqnozlaşdırır?
Parlamentin müxalifəti nə etməyi planlaşdırır?”.
Badalyan müdafiə sahəsində həll edilməmiş çoxlu problemlərin olduğu deyib:
“Başqa problemlərlə məşğul olmağa vaxtımız yoxdur. Təcili olaraq müdafiə xəttini gücləndirməliyik, ordunu yenidən təchiz etməliyik, Ehtiyatda olan hərbçilərin resursu ilə genişmiqyaslı təlimlər keçirməliyik, ölkəni qarşıdakı münaqişəyə hazırlamalıyıq. Əks təqdirdə, dövlətimiz dünyanın siyasi xəritəsindən yox olacaq. Və bütün bunlar Paşinyanın və onun sektasının “Gələcəyimiz var” şüarları altında baş tutacaq”.
Bizim.Media