Laçın dəhlizində mülki şəxslərin hərəkəti aktivləşir

Laçın dəhlizində mülki şəxslərin hərəkəti aktivləşir

Hazırda oxunan: Laçın dəhlizində mülki şəxslərin hərəkəti aktivləşir

3354

“Laçın dəhlizində mülki şəxslərin hərəkəti aktivləşir. İnsanlar öz ailələri ilə evlərinə qayıdırlar”.

Bizim.Media "Tass"a istinadən xəbər verir ki, bunu Rusiya sülhməramlılarının nümayəndəsi bildirib.

Bildirilib ki, yolun İrəvan-Xankəndi istiqamətində nəqliyyatın hərəkəti ilk günlərlə müqayisədə xeyli artıb:

“Bizim vəzifəmiz yolun bu hissəsində təhlükəsizliyi təmin etmək və gələn avtomobillərin qeydlərini aparmaqdır. Hər şey qaydasındadır. İnsanlar ailələrini və əşyalarını daşıyırlar” .

Qeyd edək ki, noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan liderləri Dağliq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata görə, Rusiya sülhməramlıları Laçın dəhlizi boyunca yerləşdirilib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO