“Xatırlayırıq ki, Qorbaçovun ən yaxın ətrafını ABŞ-dakı erməni diasporu ilə sıx əlaqədə olan insanlar təşkil edir. “Yenidənqurma” Mərkəzi Kəşfiyyat İdarəsinin layihəsi idi”.
Bizim.Media xəbər verir ki, bu sözləri rusiyalı politoloq İqor Korotçenko özünün “Facebook” hesabında yazıb.
Onun ikinci maraqlı statusu isə erməni terroruna aiddir:
“Moskvada ilk irimiqyaslı terror aktlarını erməni millətçiləri həyata keçirirdi. Zatikyanın qruplaşması 1977-ci ildə metroları partladırdı”.
MÖVZU İLƏ BAĞLI:
"SSRİ-yə Heydər Əliyev başçılıq etsəydi" - Korotçenkodan ETİRAF - FOTOFAKT
Üçüncü statusunda Korotçenko SSRİ dağılandan sonra Azərbaycanın ulu öndəri Heydər Əliyevlə və Ermənistana rəhbərlik etmiş siyasətçilərin müqayisəsini aparıb:
“Heydər Əliyev DTK-nın general-mayoru və beynəlmiləlçilik tərəfdarı olub. Amma Paşinyanı çıxmaqla, 90-cı illərdən bu yana bütün Ermənistan liderləri separatçı, millətçi və silahlı birləşmə komandirləridir”.
Korotçenkonun statuslarını təqdim edirik:
Bizim.Media