Bu gün 1991-ci il SSRİ-də baş verən inqilab cəhdindən 30 il ötür. Belə ki, həmin ilin avqustun 18-21-i tarixlərində baş vermiş hadisələrdə sovet hökumətinin bir qrup vəzifəli şəxsləri SSRİ Prezidenti Mixail Qorbaçovun islahatlarına qarşı çıxaraq hakimiyyət çevrilişinə təşəbbüs göstərdilər.
Belə ki, inqilabçılar Komunist Partiyasının sol qanadının üzvlərindən təşkil olunmuşdular və Qorbaçovun reformasiyalarının ittifaqın sonunu gətirəcəyini düşünürdülər.
İnqilabla bağlı planlar isə xeyli əvvəldən hazırlanmağa başlamışdı və uyğun vaxt gözlənilirdi. Avqustun 4-də Gorbaçovun ailəsi ilə birlikdə Krıma istirahətə getməsi ilə inqilab üçün uyğun zəmin yarandı. Prezidentin dönüşü isə avqustun 20-ə nəzərdə tutulmuşdu.
MÖVZU İLƏ BAĞLI:
Qorbaçov SSRİ-nin dağılmasına görə məsuliyyəti üzərindən atdı: “Digərləri günahkardır”
Avqustun 18-də bir sıra dövlət rəsmiləri də Qorbaçovun yanına yollandılar. Həmin anda plan həyata keçirilməyə başlandı və “KQB” əməkdaşları yüksək vəzifəli dövlət rəsmilərinin toplaşdığı evi nəzarətə götürərək, giriş-çıxışı tamamilə məhdudlaşdırdılar.
Ölkədə sabitliyin təmin olunması üçün əsas şərt kimi isə, Prezidentin köməkçisi Genadi Yanayevin hakimiyyəti ələ alması tələbi irəli sürüldü. Elə həmin gün, yeni hökumətin formalaşdırıldığı və Mixail Qorbaçovun səhhəti ilə əlaqədar olaraq vəzifə səlahiyyətlərini yerinə yetirə bilməyəcəyi SSRİ xalqına bildirildi.
İnqilabçıların planında Rusiya Prezidenti Boris Yeltsini də nəzarətə götürmək var idi. Lakin onlar bu məsələdə uğursuzluğa düçar oldular və Yeltsin xalqa və orduya səslənərək vəziyyətin nə yerdə olduğunu hər kəsə izah etdi.
Daha sonra isə xalq və ordunun bir hissəsinin dəstəyi nəticəsində Yanayev hökuməti uğursuzluğa düçar oldu və inqilab cəhdinin qarşısı alındı.
Hərəkatın cəmi 3 gün davam etməsinə və uğursuzluqla nəticələnməsinə baxmayaraq, həmin vaxtdan sonra SSRİ-də sabitlik tamamilə yerlə bir oldu və Kommunist Partiyasının hakimiyyəti üçün sonun başlanğıcının əsası qoyuldu.
Bizim.Media