Ermənistan beş il ərzində Xarici Kəşfiyyat Xidməti yaradacaq.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə günü hökumətin 2021-2026-cı illər üçün proqramını təqdim edərkən Nazirlər Kabinetinin iclasında deyib.
"2050 -ci ilə qədərki inkişaf strategiyamızda qeyd etdiyimiz kimi yaxın 5 ildə Ermənistanda Xarici Kəşfiyyat Xidməti yaradılacaq", deyə Paşinyan bildirib.
MÖVZU İLƏ BAĞLI:
Orduda islahatlar, Rusiya ilə ittifaq: Paşinyan ölkədə əsas təhlükəsizlik faktorlarını açıqladı
Hökumətin proqramı Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra parlamentdə müzakirə olunacaq.
Paşinyana görə, parlament müzakirələri gələn həftə baş tutacaq.
Proqram 6 bölmədən ibarətdir: "Təhlükəsizlik və Xarici Siyasət", "İqtisadiyyat", "İnfrastukturun İnkişafı", "İnsan Kapitalının İnkişafı", "Hüquq və Ədalət" və "İnstitusional İnkişaf".
Bizim.Media