"Ermənistanın xarici işlər nazirinin bir bəyanatı oldu. Bu çox vacib bir sənəddir. Faktiki olaraq onlar rəsmən elan etdilər ki, biz oradan qoşunlarımızı çıxartmalı deyilik".
Bizim.Media xəbər verir ki, yerli telekanallardan birinə müsahibəsində belə deyən politoloq Eldar Namazov ermənilərin guya üçtərəfli bəyanat anlayışından danışıb:
MÖVZU İLƏ BAĞLI:
Eldar Namazov: “Azərbaycan Ordusu Ermənistana 30 km daxil olmalıdır” - XƏRİTƏ
"Guya onlar sazişi belə başa düşürlər ki, sənəddə ermənilərin qoşunları Qarabağdan çıxartması konkret olaraq göstərilməyib. Bu ağ yalandır. Orda dəqiq yazılıb ki, sülhməramlıların əməliyyatının başlamasına paralel olaraq erməni qoşunları Qarabağdan çıxmalıdırlar".
Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru başqa məsələlərə də toxunub.
Daha ətraflı videoda:
Bizim.Media