“Bu gün də Əfqanıstandan çıxmaq istəyən vətəndaşlarımıza bir daha xəbərdarlıq etdik. Hazırda Əfqanıstandakı Türkiyə Səfriliyi və Konsulluğuna daxil olan məlumatları toplayıb dəyərləndiririk. Vətəndaşlarımızın qayıdışı üçün lazım olan tədbirlər görülüb".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğandan Əfqanıstanla bağlı AÇIQLAMA
Nazir bildirib ki, ölkədə qalmaq istəyən, əfqanlarla evli olanlar və başqa səbəbdən orada yaşamaq istəyən vətəndaşlarımızın təhlükəsizliyi üçün Əfqanıstandakı aidiyyəti qurumlarla danışıqlar aparılır.
M.Çavuşoğlunun sözlərinə görə, Kabildəki Türkiyə Səfriliyi Əfqanıstanda fəaliyyətini davam etdirir.
Bizim.Media