Gürcüstanın Qurcaani bələdiyyəsinin Bakurçixe kəndində quyuya düşən ata və oğul dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Məlumata əsasən, suyun açılması üçün dərin quyuya enən 62 yaşlı ata oksigen çatışmamazlığı səbəbindən halı pisləşib və yerindəcə dünyasını dəyişib.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə dərin quyuya düşən quzu belə xilas edildi - ANBAAN VİDEO
Onu xilas etmək üçün həmin quyuya enən 40 yaşlı oğlunun da halı pisləşib və hadisə yerinə xilas etmə və təcili tibbi yardım ekipajı çağırılıb.
Təcili tibbi yardım xidməti 40 yaşlı kişini xəstəxanaya çatdlrsa da onun həyatını da xilas etmək mümkün olmayıb.
Bizim.Media