İran Səhiyyə nazirinin müavini istefa verdi - Səbəb

İran Səhiyyə nazirinin müavini istefa verdi - Səbəb

Hazırda oxunan: İran Səhiyyə nazirinin müavini istefa verdi - Səbəb

3221

“İranın Səhiyyə nazirinin tədqiqat və texnologiya işləri üzrə müavini Rza Məlikzadə istefa verib”.

Bizim.Media İran mətbuatına istinadən xəbər verir ki, o,  nazir Səid Nəməki və onun koronavirus böhranının idarə edilməsi ilə bağlı yanaşmasına qarşı tənqidi bəyanat yayıb.

O, istefasının səbəbini  Nəməkinin tibb mütəxəssisləri və tədqiqatçılarının tövsiyə və xəbərdarlıqlarına məhəl qoymadan pandemiyanı çox səhv və qüsurlarla dolu idarə etməsi və onun bu səhv  idarəçiliyi nəticəsində İranda koronavirusdan çoxlu sayda insanın ölməsinə səbəb olması ilə əlaqələndirib.

Rza Məlikzadə qeyd edib ki,  istefasına səbəb olan əsas amillərindən biri də Səid Nəməkinin hələ ki, ilkin mərhələdə olan və effektiv olub- olmayacağı məlum olmayan İranın istehsalını planlaşdırdığı koronavirus vaksini barədə qeyri- elmi və şişirdilmiş çıxışıdır. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO