Rəcəb Tayyib Ərdoğan və Salome Zurabişvili arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Məlumatda bildirilib ki, Türkiyədəki meşə yanğınları zamanı Gürcüstanın ifadə etdiyi həmrəyliyə görə, Türkiyə prezidenti Salome Zurabişviliyə təşəkkür edib.
MÖVZU İLƏ BAĞLI:
Putin Ərdoğanla Qarabağ məsələsini müzakirə etdi
Söhbət zamanı prezidentlər Gürcüstan-Türkiyə münasibətlərindən və regional problemlərdən də danışıblar.
Prezident Ərdoğan, Türkiyə ilə Gürcüstanın bölgədə ortaya çıxan imkanlardan istifadə edərək enerji və nəqliyyat layihələri üzərində birlikdə çalışacaqlarını qeyd edib.
Bizim.Media